Play Store

"Samsung"un müdiri polis nəzarətində - İSTİNTAQ

Cənubi Koreya polisi "Samsung Electronics"-in müdiri olan Li Kun Heenin yeni bir istintaqın birinci şübhəlisi olduğunu bildirib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, "Samsung"un varisi Cey Y. Linin korrupsiya və rüşvət görə bir il həbs yatdıqdan sonra nəzarətli olaraq sərbəst buraxılmasının ardından Polis indi Linin atası və "Samsung Electronics" müdiri olan Li Kun Heenin yeni bir istintaqın birinci şübhəlisi olduğunu açıqlayıb.

Cənubi Koreya polisi Linin 8,2 milyard won (7,5 milyon dollar) vergi qaçaqmalçılığı etdiyindən və bunu edərkən "Samsung" işçilərinin bank hesablarını istifadə etdiyindən şübhələnir.

Polis istintaq dosyesinin prokurorluğa göndəriləcəyini bildirib. Polisin prokurorluğa göndərəcəyi faylda ""Samsung" müdiri Li Kun Hee və şirkətin digər 72 meneceri tərəfindən 260 ayrı bankda açılan bank hesablarında 8,2 milyard won vergi qaçırılmasından şübhələnir" yazıldığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR