Play Store

“ABŞ Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı strukturlaşmış mövqeyə sahibdir” - Mübariz Əhmədoğlu

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bricet Brink Bakıda keçirdiyi mətbuat konfransı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikrini bildirib.

Metbuat.az-ın məlumatına görə, Dövlət Departamentinin rəsmisi bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qəti şəkildə dəstəkləyir və bu məqsədə nail olmaq üçün səylərini davam etdirəcək: “Münaqişənin 20 ildən artıq uzanması həqiqətən də uzun müddətdir. Biz Minsk qrupunun həmsədr ölkəsi olaraq bu münaqişənin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyirik”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı mövqeyi çox sağlam və ermənipərəstlikdən uzaq, strukturlaşmış mövqedir. Yəni ABŞ-ın Dağlıq Qarabağ məsələsindəki mövqeyi həm ABŞ Dövlət Departamentinin mövqeyidir, həm Azərbaycandakı və Ermənistandakı səfirlərinin, həm də ATƏT-in Minsk qrupundakı həmsədrinin mövqeyidir. O cümlədən, ABŞ-ın mövqeyi BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın da mövqeyidir. Ona görə mən ABŞ-ın mövqeyini strukturlaşmış mövqe hesab edirəm. Arzum da budur ki, ABŞ-ın bu mövqeyini axıra qədər qoruyub saxlaya bilək”.

Politoloq deyir ki, ABŞ-ın xanım rəsmisi Brecit Brink hər zaman mətbuata açıqlamada mümkün qədər az məlumat verir: “Amma mən ABŞ-ın Dağlıq Qarabağ tənzimləməsindəki mövqeyini tədqiq edirəm, bilirəm ki, mövqeləri necədir. Brecit Brinkin dediyi də ABŞ-ın o mövqeyinin davamı istiqamətindədir. Fikrimcə, ölkə prezidenti və xarici işlər nazirləri ilə görüşəndə də Brink, Amerikanın mövqeyini eynilə bu qaydada təqdim edib. ABŞ başa düşür ki, Azərbaycan regionda çox vacib dövlətdir və istəyir ki, ölkəmizlə siyasi və iqtisadi əlaqələri inkişaf etdirsin. ABŞ-da başa düşüblər ki, bu arzu illər boyu ona görə istənilən səviyyəyə çatmayıb ki, Dağlıq Qarabağ məsələsindəki möqeyi lazımi səviyyədə olmayıb. Indi artıq ABŞ, Dağlıq Qarabağ tənzimləməsindəki mövqeyini istənilən səviyyəyə çatdırıb. Bu isə o deməkdir ki, bundan sonra ABŞ-ın həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycanla əlaqələrində artım olacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Rusiya Sarkisyanın davamlılığına qərar verib” – Zahid Oruc


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI