​“Whatsapp”dan daha bir YENİLİK - 2018-ci ildə...

“Whatsapp”ın uzun müddətdir təqdim etməyə hazırlaşdığı tətbiqi proqramlaşdırma interfeys təməlli ödəmə üsulu test mərhələsinə gəlib çatıb.

Metbuat.az-ın xəbərinə görə, “Unified Payments Interface” olaraq tanınan və Hindistanda inkişaf etdirilən bu ödəmə sistemi, sürətli bir şəkildə pul göndərmək istəyənlərin köməyinə gələcək. İstifadəçilərinə tez bir zamanda sistemi təqdim etmək istəyən “Whatsappınc” seçdiyi test hesablarına yeni beta göndərməyə başlayıb.

2017-ci ilin avqust ayından üzərində işlənən ödəmə sisteminin 2018-ci ilin ikinci yarısında çıxması gözlənilir.

Aysel Yaqubqızı / Metbuat.az

Azərbaycanda bu mobil tədbiq DAYANDIRILDI - Girə bilməyəcəksiniz...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR