Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi ilə görüşüb

Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi ilə görüşüb
19:47 9 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə TÜRKSOY-un baş katibi Düsen Kaseinov arasında görüş olub.
Nazirlikdən "Report"a verilən məlumata görə, Ə.Qarayev TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini deyib. Bildirib ki, türk mədəniyyətini, xalqların milli adət-ənənələrini beynəlxalq aləmdə tanıdılması istiqamətində birgə işlər görülməlidir.
Təşkilatın Azərbaycanla əlaqələrinin daha da davamlı olacağına əminliyini ifadə edən nazir qeyd edib ki, UNESCO və ISESCO ilə də sıx əməkdaşlıq edən TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir.
Görüşdə həmçinin Qara Qarayevin 100 illik yubiley tədbirlərinin keçirilməsi və ölkəmizdə mədəniyyət sahəsində gerçəkləşən yeni tədbirlər, layihələr müzakirə olunub.
Səmimi qonaqpərvərliyə görə nazirə təşəkkürünü bildirən baş katib təşkilatın gələcəkdə həyata keçirəcəyi layihələr haqqında məlumat verib və Azərbaycanla bağlı çoxsaylı tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/ebulfes-qarayev-turksoy-un-bas-katibi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR