"Kəklikotu" kino-komediyasının “CinemaPlus Gənclik Mall”da imza mərasimi baş tutub

"Kəklikotu" kino-komediyasının “CinemaPlus Gənclik Mall”da imza mərasimi baş tutub
20:47 9 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ “CinemaPlus Gənclik Mall”da "Cinemazadeh" studiyasının istehsalı olan "Kəklikotu" kino-komediyasının imza mərasimi baş tutub.
"Report" xəbər verir ki, gecədə filmin rejissoru Cəfər Axundzadə, Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Kamran Ağabalayev, Vüsal Hacı Qədir və Rövşən Məmmədli iştirak edib. Onlar tədbirin qonaqları ilə şəkil çəkdirərək avtoqraf veriblər.
Təqdimatdan öncə filmin baş prodüseri Cəfər Axundzadə çıxış edərək filmin ərsəyə gəlmə prosesindən danışıb. Daha sonra aktyorları tamaşaçılara təqdim edib.
Süjet xəttinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu deyil, qurudulmuş marixuana olub. Məhz bu macəra, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına səbəb olub.
Ekran əsəri tamaşaçılar tərəfindən maraq və gur alqışlarla qarşılanıb.



Nigar Camal
Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir.

























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR