Play Store

Astarada yol qəzası - Tələbə dünyasını dəyişdi / VİDEO

Astaranın Şahağacı kəndində tələbənin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, “Mitsubishi-Pajero” markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Bu səbəbdən sürücü maneədən yayınmaq istəyib. Onun kənara çəkdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb.

Nəticədə sərnişinlər 18 yaşlı Sahil Rüstəmov və onun həmyaşıdı Ağamoğlan Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılsada, Sahil Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb. Ağamoğlan Cabbarovun vəziyyəti isə ağırdır.

Qeyd edək ki, Sahil Rüstəmov evin tək oğul övladı olub. Onun Bakıda yerləşən universitetlərdən birinin tələbəsi olduğu bildirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR