Azərbaycanda həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna - start verilir

Həcc ziyarətinin qiyməti 4150 dollar müəyyənləşdirilib

Metbuat.az apa-ya istnadən xəbər verir ki, sabahdan Azərbaycanda bu ilki həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.

Məlumata görə, fevralın 12-dən həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə xarici pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4 *6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidir.

Eyni zamanda bu ilki həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin qiyməti 4150 dollardır.

173 nömrəli marşrutda baş verən yanğınla bağlı - BNA açıqlama yaydı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR