Play Store

Respublika ərazisində 200 cinayət faktı qeydə alınıb - Son iki gün ərzində

Fevralın 10-12 tarixlərində respublikanın daxili işlər orqanları tərəfindən 200 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.

Metbuat.az-a DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, həmin dövr ərzində axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd olunur ki, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb".

Dünya birjalarında neft - BAHALAŞDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR