Play Store

Tanınmış aktyordan acı xəbər GƏLDİ - FOTO

"Yeşilçam"ın əfsanəvi aktyoru Kadir İnanır xəstəxanaya yerləşdirilib.

Metbuat.az-ın xəbərinə görə, tanınmış aktyor beynində laxtalanma səbəbi ilə rahatsızlıq keçirib. Xəstəxanaya aparılan aktyor əməliyyat olunub. Kadir İnanırın həyati təhlükəsinin olmadığı deyilir.

Qeyd edək ki, Türkiyənin tanınmış aktyoru K.İnanır 1969-cu ildə Türkiyənin Ordu şəhərində anadan olub. O, yüzlərlə filmdə baş rolda oynayıb. "Kara Gözlüm", "Selvi Boylum Al Yazmalım", "Tatar Ramazan", "Bir Yudum Sevgi", "Ölüm Yolu", "Fırtına", "Ah Gardaşım" və s. oynadığı filmlərdən bəziləridir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR