Magistral yolda avtobus "şousu" - Minik avtomobili 150 ilə çata bilmir / VİDEO

Magistral yolda sərnişin avtobusunun yüksək sürətlə hərəkət etdiyi qeydə alınıb.

Metbuat.az xezerxeber-ə istinadən məlumat verir ki, bu barədə görüntünü avtobusun arxası ilə hərəkət edən sürücülərdən biri qeydə alaraq "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.

Kadrlardan məlum olur ki, magistral yolda 150 km/saatla hərəkət edən minik avtomobili sərnişin avtobusuna çata bilmir. Çəkilişi aparan sürücünün şərhindən aydın olur ki, 90 VM 403 dövlət nömrə nişanlı sərnişin avtobusu 110 km/saatlıq yolda 150 km/saatdan da yüksək sürətlə hərəkət edir.

"150 ilə gedirəm, çata bilmirəm. Sərnişinləri belə aparırlar",-deyə sürücü qeyd edir.

Həmin görüntünü təqdim edirik:

Qar yağacaq, temperatur 5 dərəcə enəcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR