"İnstaqram"da YENİ FUNKSİYA - Hesabınıza baxanları görə biləcəksiniz

"İnstaqram"da YENİ FUNKSİYA - Hesabınıza baxanları görə biləcəksiniz
15:53 12 Fevral 2018
Ölkə mətbuatı
A- A+

“Instaqram” sosial şəbəkəsi istifadəçilərin səhifələrini gizli şəkildə izləyən "heyranları" məyus edəcək yeni funksiyasını istifadəyə verib. Artıq izləyiciniz olmayan istifadəçilərin sizin hesabınıza baxıb-baxmadığını öyrənə biləcəksiz.

Publika.az xəbər verir ki, bu funksiya istifadəçilər tərəfindən maraqla qarşılanıb. Yenilik tam olaraq ondan ibarətdir ki, instaqramda qısa müddətli “Tarixçə” müəllifinə dərhal bildirişin skrinşot edilməsi ilə bağlı hesabat bildirişi göndərəcək. Bundan başqa, “Instaqram” konkret olaraq həmin şəxslərin adlarını sizə bildirəcək.

Sözügedən funksiya ikitərəfli işləyəcək. Eyni zamanda, əks istiqamətdə də bildirişə baxanlara “tarixçə” sahibinin onların hərəkətləri barədə məlumatlı olduğu barədə xəbərdarlıq edəcək.

"İnstaqram" rəhbərliyi bu funksiyanın tam olaraq hansı məqsədlə tətbiq edildiyinə dair heç bir açıqlama vermir. Bildiyiniz kimi, şəbəkə istifadəçilərinin qoyduğu “Tarixçə” müvəqqəti hesab edilir və 24 saat aktiv olduqdan sonra yoxa çıxır.

Lakin artıq proqram istifadəçiləri bu yeniliyin də qarşısını ala biləcək üsul kəşf ediblər. Belə ki, mühafizədən yan keçmək üçün onlar “Tarixçə”ni açaraq smartfonu “təyyarə” rejiminə qoyub, skrinşot edirlər. İnternet şəbəkə aktiv olmadığı üçün “Instaqram” istifadəçilərinə xəbərdarlıq edə bilmir.

İzləyicilər bu funksiyanı uğursuz və primitiv olduğunu deyiblər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/230936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR