Bu il buraxılacaq “iPhone” modellərinin qiyməti məlum olub

Bu il buraxılacaq “iPhone” modellərinin qiyməti məlum olub
16:35 12 Fevral 2018
Ölkə mətbuatı
A- A+

“Apple” şirkəti 2018-ci ilin payızında üç yeni “iPhone” smartfonu təqdim edəcək. Modellərin əsas fərqi çərçivəsiz “Super Retina” ekranı olacaq. Hazırda isə internetdə 2018-ci ildə buraxılacaq “iPhone” modellərinin qiyməti dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, ABŞ istehsalçısı istifadəçilərin tələbatını öyrənmək məqsədilə “iPhone X” smartfon modelini buraxıb. Yeni qurğu əlavə funksiyalar və xüsusi komplektləşdirmə baxımından istifadəçilərin rəğbətini qazanıb. Alıcıları razı salmaq üçün sentyabrda 3 yeni qabaqcıl modelin təqdimatı planlaşdırılır. İlkin məlumatlara görə, modellər çərçivəsiz ekran, üz skaneri ilə təchiz ediləcək və simsiz enerjidoldurma funksiyasını dəstəkləyəcək.

Məşhur analitik Fil Cons satış bazarının “Apple” şirkəti tərəfindən yeni məhsulların buraxılması ilə əlaqədar qiymət siyasəti barədə fikirlərini bölüşüb. Belə ki, “IPS” ekranlı 6,1 düym diaqonallı “iPhone” modelinin qiyməti 800-950 dollar, “OLED” displeyli 5,8 düymlük “iPhone”un 950-1100 dollar, “OLED” ekranlı 6,5 düym diaqonallı “iPhone” smartfonunun isə 1100-1250 dollar təşkil edəcək.  

Nizam Nuriyev  



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-52887-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR