Play Store

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkiblər.

Metbuat.az xəbər verir ki, bu barədə trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Qurum rəsmisi bildirib ki, başçəkmə ötən həftə olub: “Başçəkmə zamanı həmin şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı monitorinq keçirilib”.

Qurum nümayəndələri həmçinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan tərəfində saxlanılan şəxslərə bu ay baş çəkiblər.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin fevral ayında isə Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Tərtər rayonu, Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilər tərəfindən saxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycanda iki erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır.

Arsen Baqdasaryan artıq məhkəmə qarşısına çıxarılıb. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qəfil vəfat edən teleaparıcının - SON STATUSU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR