Həftəsonu mütləq izlənməli olan 4 QARŞILAŞMA

Həftəsonu mütləq izlənməli olan 4 QARŞILAŞMA
18:03 12 Fevral 2018
108 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb.

Publika.az xəbər verir ki, həftəsonu keçiriləcək qarşılaşmaların başlama vaxtı və yeri müəyyənləşib.

Turun ilk qarşılaşması 17 fevral - şənbə günü “Qəbələ” və “Zirə” arasında baş tutacaq. Görüş Qəbələ şəhər stadionunda, saat 15:00-da başlayacaq.

Şənbə günü daha bir oyun “Sumqayıt”la “Neftçi” arasında keçiriləcək. Matç 18:30-da Sumqayıt şəhər stadionunda start götürəcək.

XVI turun daha iki oyunu 18 fevral - bazar günü keçiriləcək. Birinci görüş saat 15:00-da “Kəpəz”lə “Keşlə” arasında (Gəncə şəhər stadionu), ikinci görüş isə saat 17:30-da “Səbail” ilə “Qarabağ” (Bayıl Arena) arasında baş tutacaq.

Zümrüd

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR