Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu - Səbəb

Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reyslər ləğv olundu - Səbəb
21:38 12 Fevral 2018
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "VİM-Avia" şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb.

Publika.az xəbər verir ki, Trend bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verir.

Qeyd olunur ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub.

İcazənin geri çağırılmasına səbəb müəyyən olunan müddətdə uçuşların həyata keçirilməməsi göstərilib.

Qeyd edək ki, "VİM-Avia" şirkəti ötən ilin oktyabr ayında borclarla əlaqədar müflis olduğunu elan etmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/230980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR