Tramp Putinə yardım təklif etdi

Tramp Putinə yardım təklif etdi
03:34 13 Fevral 2018
144 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə Moskva ətrafında baş verən təyyarə qəzasının araşdırılması ilə bağlı yardım təklif edib

 

APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

Müvafiq təklif dövlət başçılarının telefon danışığı zamanı səsləndirilib. Ötən gün D.Tramp zəng edərək Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası ilə əlaqədar Vladimir Putinə başsağlığı verib.

 

Qeyd edək ki, fevralın 11-də “Saratov hava yolları” aviaşirkətinə məxsus An-148 təyyarəsi Ramenskoye rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 71 nəfərin hamısı ölüb.

 

Hazırda təyyarənin qəzaya uğraması səbəbləri araşdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR