İraqın sabiq ticarət naziri azadlıqdan 21 il müddətinə məhrum edilib

İraqın sabiq ticarət naziri azadlıqdan 21 il müddətinə məhrum edilib
07:02 13 Fevral 2018
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ İraq Məhkəməsi sabiq ticarət nazirini korrupsiyaya görə azadlıqdan 21 il müddətinə məhrum edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, məhkəmə qərarı İnterpolun sabiq naziri ölkəyə təhvil verməsindən bir neçə həftə sonra çıxarılıb. Əbdül Falah əl-Sudani sabiq baş nazir Nuri əl-Malikinin hökumətində 2006-2009-cu illərdə ticarət naziri olub. O, səhlənkarlığa görə 14 il, qanunsuz hərəkətində görə daha 7 il müddətinə azadlıqdan məhrum olunub.
İraqla yanaşı, həmçinin Britaniya vətəndaşı olan 70 yaşlı Sudani İnterpol tərəfindən 2014-cü ilin iyununda axtarışa verilib. O, ötən ilin sentyabrında Beyrutun beynəlxalq hava limanında həbs olunub.
Yanvarın 25-də İnterpol onu İraq hökumətinə təhvil verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR