Qadın qudasının evində qan tökdü - Ağdamda

Qadın qudasının evində qan tökdü - Ağdamda
10:34 13 Fevral 2018
64 Digər
Ölkə mətbuatı
A- A+

Ağdamda bıçaqlanma hadisəsi baş verib.  
 
 
 
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, Gəncə şəhər sakini, 44 yaşlı Ləman Əliyeva Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib. Bərdə rayonundan olan 1974 təvəllüdlü Yusifov Pərviz Vasif oğlu də həmin evdə olub. Evdə yemək yeyilərkən L. Əliyeva ilə P. Yusifov arasında mübahisə baş verib. Nəticədə L. Əliyeva P. Yusifovu bıçaqlayıb. İki bıçaq xəsarəti alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına,  oradan Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
 
 
 
Qadın isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/294537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR