Play Store

Bu gün Ümumdünya Radio Günüdür

Bu gün Ümumdünya Radio Günüdür
16:35 13 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Hər il fevral ayının 13-ü BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı olan UNESCO tərəfindən Ümumdünya Radio Günü kimi qeyd edilir. Bu günün bayram elan edilməsi təşəbbüsü İspaniya Radio Akademiyasının prezidenti Horhe Alvares tərəfindən irəli sürülüb. Onun bu təşəbbüsünə 2008-ci ilin yanvar ayında UNESCO tərəfindən dəstək verilib. 2011-ci ildə isə İspaniyanın səfiri İon de lya Rivin rəsmi təklifi ilə Ümumdünya Radio Günü qeyd olunmağa başlanıb.
 
BMT-nin 14 yanvar 2013-cü il tarixli qərarı ilə hər ilin 13 fevral tarixi Ümumdünya Radio Günü qeyd olunur. Bu tarix 1946-cı il fevralın 13-də "BMT radiosu"nun ilk dəfə efirə çıxması ilə əlaqədar seçilib.   
 
Azərbaycanda isə hər ilin 6 noyabr tarixi Radio Günü qeyd olunur. Bu tarixin seçilməsi isə Dövlət Radiosunun 6 noyabr 1926-cı ildə efirə çıxması ilə bağlıdır. İlk vaxtda radio proqramı cəmi bir verici vasitəsi ilə yayıma başlayıb və yalnız Bakının mərkəzi ərazisini əhatə edirdi. Ötən dövr ərzində Radio Televiziya yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi tərəfindən bütün yaşayış məntəqələrində yeni radiovericilər quraşdırılıb. Nəticədə, Azərbaycanın radio proqramı hazırda "105 FM" radiovericisi vasitəsi ilə respublikanın əhali yaşayan ərazilərinin 99,9 faizini əhatə edir.



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-52912-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR