Avropa Liqasının oyunundan əvvəl azarkeş ölüb

Avropa Liqasının oyunundan əvvəl azarkeş ölüb
16:42 13 Fevral 2018
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyanın MOİK komandasının azarkeşi Serbiyanın paytaxtı Belqradda "Srvena Zvezda" ilə Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunundan əvvəl dünyasını dəyişib. "Report"un məlumatına görə, şəxsiyyəti hələlik müəyyənləşməyən fanat ürək tutmasından keçinib.
Hadisənin hər hansı toqquşma ilə əlaqədar olmadığı bildirilir.
Qeyd edək ki, bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək "Srvena Zvezda" - MOİK matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü fevralın 21-də Moskvadakı "MOİK Arena"da olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasinin-oyunundan-evvel-azarkes-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR