Bu, Valeh Ələsgərovun fikirləri deyil - DEPUTAT

Bu, Valeh Ələsgərovun fikirləri deyil - DEPUTAT
16:48 13 Fevral 2018
71 Digər
Ölkə mətbuatı
A- A+

“Bu qanun layihəsi hazırlananda dünyada olan ən qabaqcıl təcrübə, qanunvericilik aktları əsas götürülüb”.

Publika.az bu sözləri Milli Məclisin sədr müavini Valeh Ələsgərov “Ələt azad iqtisadi zonası” haqqında qanunu haqqında qanun layihəsi ilə bağlı millət vəkillərinin iradlarına münasibət bildirərkən deyib.

V.Ələsgərov söyləyib ki, bütün dünyada azad iqtisadi zonalarla bağlı qanun bu cür hazırlanır:

“Çünki ərazidə xairci investorlar işləyəcək. Qanun layihəsi hazırlanarkən dünyada ən tanınmış beş şirkətdən biri cəlb edilib. Bütün araşdırmalardan sonra qanunun ən qabaqcıl standartalara uyğun olduğunu anlayanda onu təqdim etmək qərarını verdik. Bu təkcə mənim yox, işçi qrupunun zəhmətidir. Kimsə fikirləşərsə Ələt öz özünə cəlbedicidir, bilməlidir ki, bu, yanlış düşüncədədir. Çünki Ələt yaradıldığı imkanlarla cəlbedicidir. Bu qanun hazırlanarkən işçi qrupunun üzvlərini Ələt azad iqtisadi zonaya aparmağa qərar verdim. İki günlük müşahidədən sonra əmin oldular ki, qanunda yazılanlar Valeh Ələsgərovun fikirləri deyil. Gələcəyə hesablanmış layihədir”.

V.Ələsəgərov “Ələt azad iqtisadi zonası”nda investorların vergiyə cəlb edilməsi ilə bağlı millət vəkillərinin iradlarına da cavab verib:

“Ələt azad iqtisadi zonasında qadağan edilməyən hər bir məhsul istehsal ediləcək. Həmin zonada istehsal edilən eyni adlı məhsul Azərbaycanın digər bölgələrində də istehsal ediləcəksə, əcnəbi istehsalçılar vergiyə cəlb olunacaq. Burada məqsəd yerli istehsalçılarımızın hüquqlarını qorumaqdır. Əks halda xarici investorlarının istehsal etdiyi məhsul yerli məhsuldan daha ucuz olacaq.

Məhkəmələrə gəldikdə investorların mübahisəli məsələləri Azərbaycan məhkəmələrində müzakirə edilə bilər. Lakin tərəflər istədikləri halda digər ölkələrin məhkəmələrinə də müraciət edə bilər”.

Gülxar

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR