Dövlət qulluğu üzrə namizədlərin “İmtahana buraxılış vərəqə”lərinin çapına başlanılıb

Dövlət qulluğu üzrə namizədlərin “İmtahana buraxılış vərəqə”lərinin çapına başlanılıb
16:52 13 Fevral 2018
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə fevralın 18-də keçiriləcək test imtahanında iştirak edən namizədlərin “İmtahana buraxılış vərəqə”lərinin çapına başlanlılıb.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olmaq lazımdır.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR