Play Store

Azərbaycan parlamenti daha iki sazişi təsdiqləyib

Azərbaycan parlamenti daha iki sazişi təsdiqləyib
16:52 13 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında" Saziş təsdiq edilib.
“Report”un verdiyi xəbərə görə, bundan başqa, Azərbaycan parlamenti "Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında" Sazişi təsdiq edib.
Qeyd edək ki, 1-ci sənəd ötən il dekabrın 7-də Vyanada (Avstriya), 2-ci sənəd isə ötən il noyabrın 23-də Brüsseldə (Belçika) imzalanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-parlamenti-daha-iki-sazisi-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR