Play Store

Fransada qızılca epidemiyası yayılıb, bir nəfər ölüb

Fransada qızılca epidemiyası yayılıb, bir nəfər ölüb
17:02 13 fev 2018
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Fransanın Yeni Akvitaniya regionunda yayılan qızılca epidemiyası səbəbilə bir nəfər ölüb, 200 nəfərdən çox şəxs isə bu virusa yoluxub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "France 3 Nouvelle Aquitaine" telekanalı 2017-ci ilin noyabrından etibarən epidemiyanın 213 adama təsir etdiyini, Puatye xəstəxanasında bir xəstənin öldüyünü məlumat verib.
Bildirilib ki, 57 nəfər - xəstəliyə yoluxanların, demək olar ki, dörddə biri xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qızılca kəskin yoluxucu virus xəstəliyidir. Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Xəstəliyin yayılmasının qarşısının alınması üçün əsas amil peyvənddir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR