Qüdrət Həsənquliyevdən viza ilə bağlı MÜHÜM TƏKLİF

Qüdrət Həsənquliyevdən viza ilə bağlı MÜHÜM TƏKLİF
17:18 13 Fevral 2018
63 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız getməsi məsələsi gündəmə gəlməlidir”.

Publika.az bildirir ki, Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili xüsusən, qonşu ölkələrlə bağlı viza məsələsinin həllinin labüd olduğunu vurğulayıb:

“Bu yaxınlarda məlumat oxudum ki, Azərbaycan pasportu dünya dövlətləri arasında hörmətinə görə 70-ci yerdədir. Hesab edirəm ki, 200 ölkə arasında bu heç də aşağı göstərici deyil. Bu hörmət həmin ölkənin vətəndaşlarının neçə ölkəyə vizasız getməsi ilə bağlıdır. Təklif edirəm ki, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə vizasız getməsi məsələsini gündəmə gətirməliyik. Gürcüstan bu məsələni həll edib. Azərbaycan vətəndaşlarının İran, Türkiyə ilə viza məsələsi tanmamilə aradan qaldırılmalıdır”.

Millət vəkili bu günlərdə Avropa Parlamentində Azərbaycan dostluq qrupu yaradılmasının böyük uğur olduğunu əlavə edib:

“Bu münasibətlə Oqtay müəllim sizi və deputat həmkarlarımı təbrik edirəm. Bu, Azərbaycan üçün çox önəmli məsələdir. Avropa Parlamentinin 60 üzvü Azərbaycanla dostluq qrupuna üzv olub. Bu sayın artmasını arzu edirik. Azərbayacan qarşı əks-təbliğat kampaniyasının genişləndiyi vaxtda bu, çox böyük uğurdur. Hökumətimiz çalışmalıdır ki, təkcə diplomatlar və xidməti pasport daşıyıcıları yox, Azərbaycan respublikasının bir çox vətəndaşları da Avropa ölkələrinə vizasız gedə bilsin”.

Gülxar

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR