Play Store

Azərbaycanda yeni cəzalar TƏTBİQ OLUNACAQ

Azərbaycanda yeni cəzalar TƏTBİQ OLUNACAQ
17:28 13 Fevral 2018
74 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda terrorçuluğa qarşı mübarizə sahəsində yeni cəzalar tətbiq olunacaq”.

Publika.az-ın xəbərinə görə, bu məsələ Milli Məclisin bügünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsində əks olunub.

Layihədə bildirilib ki, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərinin dondurulması barədə qərarı icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər.

Məcəlləsinin 598-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) 7-ci bəndində maddəsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər. 598.7 maddəyə əsasən, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimələnir.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/231095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR