Biləsuvarda çoban bıçaqlanıb

Biləsuvarda çoban bıçaqlanıb
17:42 13 Fevral 2018
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləösuvar. 13 fevral. REPORT.AZ/ Biləsuvar rayonunda çoban bıçaqlanıb. 
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Səmədabad kəndi ərazisində baş verib. 
Belə ki, həmin kəndin sakini,  Davud Bayramov kürək nahiyəsində bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.
İlkin məlumata görə, çobanlıqla məşqul olan D.Bayramov Səmədabad kəndi ərazisində yerləşən fermada çalışan digər çoban tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-coban-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR