“Azərbaycanda 620 min fiziki qüsurlu şəxs var” - Millət vəkili

“Azərbaycanda 620 min fiziki qüsurlu şəxs var” - Millət vəkili
17:43 13 Fevral 2018
69 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda fiziki qüsurlu 620 min nəfər var ki, bu da ölkə əhalisinin 6 faizini təşkil edir. Ölkədə əhalinin sayı artsa da, fiziki qüsurlu şəxslərin sayında artım qeydə alınmır”.

Publika.az bildirir ki, bu sözləri Hadı Rəcəbli Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi barədə məlumat verərkən deyib.

Millət vəkili bildirib ki, dünyada bu qrup insanların sayı 10-12 faizdir: “Ölkəmizdə isə əhalinin sayı artsa da, son illərdə fiziki qüsurlu insanlarının sayı artmayıb. Bu həm də prosesin qarşısını almaq üçün ölkədə qəbul edilən qanunlarla da bağlıdır. Bu qanun layihəsi əlillərin hüquqlarının qorunmasına xidmət edən hüquqi sənəddir. Əilliyi olan şəxslərinin hüquqlarının qorunması üçün bu istiqamətdə yeni qanun layihəsinin hazırlanmasını labüd edib. Son 4 ildir bu qanun layihəsi müzakirə olunub. Nəhayət, bu qanun Milli Məclisdə müzakirəyə çıxarılıb.

Fiziki qüsuruna görə hər hansı ayrı-seçkiliyə yol verilmədən digər şəxslərlə bərabər imkanların yaradılması, bu qrup insanların reabilitasiyası imkanı da qanunda əks olunub. Hesab edirəm ki, qanun layihəsi mövcud qanunvecilikdəki problemləri aradan qaldıracaq”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/231097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR