Rusiyada sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb

Rusiyada sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb
17:47 13 Fevral 2018
118 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyada sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə bağlı yaradılan komissiyası "qara qutu"nu incələdikdən sonra məlumat yayıb
Komissiyanın məlumatında qeydə alınan məlumatların və keçmişdə baş verən analoji hadisələrin təhlili əsasında pilotların indikatorlarında uçuşun sürətinin düzgün əks olunmaması qənaətinə gəlindiyi deyilir.
Xatırladaq ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb.
Sərnişinlər arasında Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR