Kikboks müəllimindən şəhid övladlarına ÇAĞIRIŞ

Kikboks müəllimindən şəhid övladlarına ÇAĞIRIŞ
18:13 13 Fevral 2018
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kikboksinq Federasiyası ölkənin ictimai-sosial və idman həyatında fəallığı ilə seçilən qurumlarından biridir. Federasiya ölkə adına keçirilən tədbirləri yüksək səviyyədə təşkil edərək minlərlə idmançını öz ətrafında birləşdirib.

Bu gün federasiyanın idmançıları beynəlxalq yarışlarda üçrəngli bayrağımızı zirvələrə qaldırır, ölkəmizin adını uca tuturlar. Federasiya ölkədə vətənpərvərlik təbliğatına xüsusi önəm verir.

Federasiya şəhidlərimizlə bağlı tədbirləri diqqətdən kənarda qoymur. Qarabağ uğrunda sağlamlıqlarını itirən qazilərimiz yarışlara dəvət olunur, onlar fəxri fərmanlar, diplomlar təqdim edilir.

Bu yaxınlarda Qusar Olimpiya Kompleksində bir zamanlar Kikboksinq Federasiyasının idmançısı olmuş, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş möhtəşəm tədbirin təşkili buna misaldır. Yarışda onlarla qazilərimiz iştirak edirdi. Qarşıda belə tədbirlərin keçiriləcəyi gözlənilir.

Federasiyanın prezidenti, millət vəkili Adil Əliyev açıqlamalarının birində əsas məqsədlərinin gənclərimizin vətənpərvər ruhda tərbiyə edilməsi, tam fiziki və mənəvi hazırlıqlı əsgərlərin hazırlanmasını söyləyib.

Bu günlərdə Azərbaycan Kikboksinq Federasiyasının məşqçisi, Daxili İşlər Nazirliyinin kikboks üzrə baş məşqçisi, Əməkdar məşqçi Hakim Hacıyev şəhid ailələrinin övladlarına çağırış edib. Özü Qarabağ döyüşlərinin fəal iştirakçısı olan Hakim Hacıyev elan verərək şəhid övladlarının məşqlərinin ödənişsiz olduğunu qeyd edərək: “Sizin haqqınız atalarınız tərəfindən ödənilib. Biz atalarınıza əbədi borcluyuq”, - deyə müraciətində bildirib.

Elnur Eltürk


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/231099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR