Muxtar Babayev: "Azərbaycanın səmt qazının havaya atılmasının qarşısının alınması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib

Muxtar Babayev: "Azərbaycanın səmt qazının havaya atılmasının qarşısının alınması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib
18:27 13 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Tbilisi. 13 fevral. REPORT.AZ/ ”Enerji səmərəliliyi və effektivliyinin artırılması, xüsusən alternativ enerji və səmt qazının havaya atılmasının azaldılması ilə bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlar avropalı deputatlar tərəfindən yüksək qiymətləndirilib”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Avronest PA-nın Enerji komitəsinin iclasında Milli Məclisin deputatı Muxtar Babayev “Avropa İttifaqı və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji səmərəliliyinin artırılması və enerjinin davamlılığı” mövzusunda məruzə ilə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda enerji resurslarından, karbohidrogen ehtiyatlarından səmərəli istifadə ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb: "Eyni zamanda Azərbaycan alternativ enerji və səmt qazının havaya atılmasının azaldılması ilə bağlı xüsusi proqram hazırlayıb. Hazırda proqramın icrası və bu sahədə effektivliyin artırılması ilə bağlı mühüm işlər görülür".
Məruzə ətrafında çıxışlar zamanı avropalı deputatlar Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib, ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıblar.
Muxtar Babayev “Report”un Gürcüstan bürosuna açıqlamasında deyib ki, məruzə ilə bağlı bəzi təkliflər də səslənib: "Bu təkliflər bir daha nəzərdən keçiriləcək. Məruzə Avronest PA-nın iyun ayında keçiriləcək iclasında təsdiq olunacaq. Bundan sonra maraqlı tərəflər Azərbaycanın təcrübəsindən bəhrələnə biləcəklər". 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR