Play Store

Bərdə sakinindən külli miqdarda narkotik maddə aşkarlanıb

Bərdə sakinindən külli miqdarda narkotik maddə aşkarlanıb
18:57 13 Fevral 2018
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 13 fevral. REPORT.AZ/ Bərdə rayon sakinindən külli miqdarda narkotik maddə aşkarlanıb.
"Report"un Qarabağ bürosuna DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayon sakini Müşfiq Ələkbərov Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə zəng edərək ona məxsus evin həyətinə oğurluq niyyəti ilə naməlum şəxslərin daxil olduğu barədə məlumat verib.
Məlumatla əlaqədar əməliyyat qrupu dərhal hadisə yerinə gəlib. Vaxt itirmədən əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində naməlum şəxs evə daxil olmaq istəyərkən saxlanılıb. Araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev olduğu müəyyən edilib.
Polis şöbəsinə gətirilən İ.Babayevin üzərinə baxış zamanı 7.68 qram marixuana və kağız bükülüdə 0.35 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun evinə də baxış keçirilib. Bu zaman onun evindən sellofan torbada çəkisi 560 qram olan marixuana və sellofan bükümdə çəkisi 1.58 qram olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berde-sakininden-kulli-miqdarda-narkotik-madde-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR