Bakıda 45 yaşlı qadın qatarın altında qaldı - SON DƏQİQƏ

Bakıda 45 yaşlı qadın qatarın altında qaldı - SON DƏQİQƏ
19:29 13 Fevral 2018
57 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Metropoliteninin “İnşatçılar”stansiyasında 40-45 yaşlarında olan qadın qatarın altında qalıb.

 

Lent.az-a bu barədə hadisə şahidləri məlumat verib.  

 

Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə  Lent.az-a faktı təsdiqləyib: “"Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb.. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib”.

 

Nəsimi Paşayev onu da qeyd edib ki, hadisə ilə bağlı qatarların hərəkətində 5 dəqiqəlik fasilə yaranıb. Hazırda qatarlar normal iş rejimində hərəkət edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR