Bakı metrosunda qadın qatarın altına yıxıldı

Bakı metrosunda qadın qatarın altına yıxıldı
19:33 13 Fevral 2018
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub.

Bu barədə Publika.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, hadisə bu gün saat 18:49 radələrində metronun "İnşaatçılar" stansiyasında baş verib: "Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına "İnşaatçılar" stansiyasında bir xanım düşüb. İntihar deyil. Yıxılıb. Xəsarət almayıb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub.

Epileksiya xəstəliyi olan xanım sudurğa tutaraq yıxılıb. 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı təcili yardım maşınıyla 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR