Play Store

Bakı metrosunda həyəcanlı anlar

Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub.

Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, hadisə bu gün saat 18:49 radələrində metronun "İnşaatçılar" stansiyasında baş verib: "Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına "İnşaatçılar" stansiyasında bir xanım düşüb. İntihar deyil. Yıxılıb. Xəsarət almayıb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub. Hələ kimliyini müəyyən edə bilməmişik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR