Play Store

“An-148”in ölçmə cihazlarının buz bağlaması səbəbindən qəzaya uğradığı ehtimal edilir

“Saratov Hava Yolları”na məxsus An-148 təyyarəsinin Moskva ətrafında qəzaya uğraması ölçmə cihazlarının donması səbəbindən uçuşun sürəti barədə məlumatların düzgün olmaması ilə bağlı ola bilər. Bu barədə Beynəlxalq Aviasiya Komitəsinin (BAK) mətbuat üçün məlumatında bildirilib.

Metbuat.az xəbər verir ki, ilkin analizlərin nəticələrinə görə, uçuş zamanı qəza vəziyyətinin yaranmasına tam təzyiq qəbuledicisinin qızdırıcı sisteminin işə düşməməsi və qəbuledicinin buz bağlaması üzündən pilotların indikatorunda uçuşun sürətinin səhv göstərilməsi səbəb olub.

BAK-dan bildiriblər ki, qara qutuda An-148-in əvvəlki 15 uçuşu barədə məlumatlar saxlanılıb. Bu məlumatlara görə, əvvəlki uçuşlarda qızdırıcı sistem təyyarə göyə qalxandan dərhal sonra işə salınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR