Rusiya klubunun futbolçusu kağız pulla burnunu sildiyi üçün qınanıb

Rusiya klubunun futbolçusu kağız pulla burnunu sildiyi üçün qınanıb
20:47 13 Fevral 2018
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyanın “Tosno” klubunun futbolçusu Stanislav Manayev azarkeşlərin qəzəbinə tuş gəlib.
“Report” "Lenta.ru" saytına istinadən xəbər verir ki, buna səbəb 19 yaşlı yarımmüdafiəçinin komanda ilə birgə uçuş zamanı 5 min manatlıq kağız pulla burnunu silməsi və bu davranışının videosunu “Instagram” səhifəsində paylaşmasıdır.
Eyni zamanda sosial şəbəkə istifadəçiləri Manayevi həmin görüntüyə “Bu pulu ehtiyacı olanlarla verə bilərdim, amma verməyəcəyəm, çünki qripəm” formasında şərh yazmasına görə də qınayıblar. Habelə onun üzr istəməsini tələb ediblər.
Futbolçu isə videoni silib və pulun saxta olduğunu bildirib.
Qeyd edək ki, Manayev “Tosno”nun əsas heyətində oyun keçirməyib. O, əvəzedici komanda ilə 18 qarşılaşmada iştirak edib və 1 qol vurub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR