Play Store

An-148-in qəzaya uğrama səbəbi açıqlandı

An-148-in qəzaya uğrama səbəbi açıqlandı
21:18 13 Fevral 2018
214 Dünya
Ölkə mətbuatı
A- A+

“Saratov Hava Yolları”na məxsus An-148 təyyarəsinin Moskva ətrafında qəzaya uğramasının əsas səbəbi ötürücü cihazların buz bağlaması olub.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Aviasiya Komitəsinin (BAK) mətbuat üçün məlumatında bildirilib.

İlkin analizlərin nəticələrinə görə, uçuş zamanı qəza vəziyyətinin yaranmasına tam təzyiq qəbuledicisinin qızdırıcı sisteminin işə düşməməsi və qəbuledicinin buz bağlaması üzündən pilotların indikatorunda uçuşun sürətinin səhv göstərilməsi səbəb olub.

BAK-dan bildiriblər ki, qara qutuda An-148-in əvvəlki 15 uçuşu barədə məlumatlar saxlanılıb. Bu məlumatlara görə, əvvəlki uçuşlarda qızdırıcı sistem təyyarə göyə qalxandan dərhal sonra işə salınıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR