Play Store

Xərçənglə mübarizənin yeni metodu - Amerikalı həkim

Xərçənglə mübarizənin yeni metodu - Amerikalı həkim
22:13 13 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Hər il dünyada bədxassəli şiş xəstəlikləri durmadan artır. Ötən il dünyada təxminən 6 milyon bədxassəli şişdən əziyyət çəkən xəstə qeydə alınıb. Bunun əsas səbəblərindən biri post-sənaye ölkələrində yaşayan əhalinin sürətlə yaşlanmasıdır. Belə ki, bədxassəli şişlər 50 yaşdan yuxarı insanlarda daha çox inkişaf edir. Hazırda onkoloji xəstəliklərdən əziyyət çəkən 5 nəfərdən 2-si 60 yaşı keçmiş insanlardır.

Publika.az xəbər verir ki, dünyada xərçəngdən ölənlərin sayı, ürək-damar və tənəffüs yolları xəstəliklərindən sonra üçüncü yerdə dayanır. Amerikanın Arizona Universitetinin alimlərindən biri, Xao Yan öz həmkarları ilə birlikdə xərçəng hüceyrləri ilə mübarizə aparan texnologiya yaradıb. Belə ki, onların hazırlamış olduqları nanorobotlar xərçəng hüceyrələrini məhv etməyə qadirdir. Avtonom işləyən bu robotlar bəzi tip dərman preparatlarını şişlərin daxilinə yüksək dəqiqliklə çatdıra bilirlər.

Onu da qeyd edək ki, heyvanlar üzərində aparılmış sınaqlar seçilmiş metodun təhlükəsizliyini tamamilə təsdiq edib. Onkoloji xəstəliklərdən əziyyət çəkən heyvanların orqanizminə nanorobotlar yeridildikdə nəticə müsbət olub. Belə ki, sınaq keçirildiyi 8 gəmiricidən 3-nü xilas etmək mümkün olub. Digərlərində, həmçinin ömrün uzunluğu xeyli artıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/231073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR