Rio-de-Janeyroda karnaval zamanı oğurluqla məşğul olan 100-dən çox kloun saxlanılıb

Rio-de-Janeyroda karnaval zamanı oğurluqla məşğul olan 100-dən çox kloun saxlanılıb
22:32 13 Fevral 2018
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində kloun geyimli 110 nəfər saxlanılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Globo" telekanalı məlumat yayıb.
Onlar hazırda şəhərdə davam edən karnaval zamanı kütləvi oğurluq edərkən "isti izlərlə" tutulublar.
Hadisə Rio-de-Janeyronun ofis və inzibati binalar yerləşən mərkəzi hissəsində qeydə alınıb. Asayiş keşikçiləri şübhəli şəxslərin üzərinə baxış zamanı tapança, patron və qumbara, həmçinin qarət edilmiş əşyalar - 5 mobil telefon, saat və iki qolbaq aşkar ediblər. Saxlanılan "kloun"ların polis bölməsinə aparılması üçün üç avtobus lazım olub.
Onların karnaval geyimləri və qrimdə olmasına baxmayaraq, bir neçə nəfər qarətçiləri tanıyıb. Nəticədə saxlanılan şəxslərdən 10 nəfəri həbs olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rio-de-janeyroda-karnaval-zamani-ogurluqla-mesgul-olan-100-den-cox-kloun-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR