Həftə sonu yarmarkaları Bakıda 5 ünvanda keçirilir - Kənd Təsərrüfatı Nazirliyindən açıqlama

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həftə sonu yarmarkaları təşkil olunmaqda davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, həftənin şənbə, bazar günləri Bakı şəhərində 5 və Sumqayıt şəhərində 2 ünvanda həmin yarmarkalar davam etdirilir.

Ünvanlar isə hər il olduğu kimi qalır. Belə ki, həftə sonu yarmarkaları Xətai rayonu - Məzahir Rüstəmov küçəsi, Səbail rayonu - Badamdar qəsəbəsi, Nərimanov rayonu - Keşlə bazarının yanı, Binəqədi rayonu - Dərnəgül qəsəbəsi, Suraxanı rayonu - Əmircan qəsəbəsində təşkil olunur.

Qeyd edək ki, bu yarmarkalar Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən fermerlərin öz məhsullarını birbaşa bazara çıxarmasına imkan yaradır.

Azərbaycan nefti yenidən – UCUZLAŞDI – Oxumaq üçün tıklayın!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR