Play Store

Bu xəstəxanada baş verənlər hər kəsi dəhşətə gətirdi - İnanılmaz / FOTOLAR

Amerika Birləşmiş Ştatlarında yerləşən Anoka State Xəstəxanası ruhi dispanser olaraq istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, qurulduğu gündən bu yana müxtəlif əfsanələrə mövzu olan xəstəxana binalarının bir çoxu, hazırda tərk edilib. Şəhərdə xəstəxana ilə bağlı çox təəccüblü fikirlər söylənilir.

1900-ci ildə fəaliyyətə başlayan ruhi dispanserdə ilk vaxtlar 100 nəfər qeydiyyatdan keçib. Bir müddət sonra bu say min nəfərə çatıb. Xəstəxananın istifadə edilməyə başlandığı ilk illərdə xəstə sayındakı davamlı artım, həmin yerin genişlendirilməsinə səbəb olub. Təxminən 99 il ərzində aktiv olan Anoka State Xəstəxanasının xidmət verməyə başladığı ilk illərdə təkcə müalicəsi mümkün olmayan ağıl xəstələrini qəbul etməyə başladığı bilinib.

Məlumata görə ilk illərdə Orta Əsr dövründən qalan müxtəlif müalicə üsullarından istifadə edilib. O vaxtlar müalicə olaraq adlandırılan üsullar, müasir dövrdə isə işgəncə adlandırılır. Müxtəlif kəmər, toqqa, bilək başlığı və məhdudlaşdırıcı köynəklərin istifadə edildiyi xəstəxanada xəstələr illərlə pis şərtlərdə müalicə edilib.

1949-ci İldə Cadugərlər Bayramı dövründə Anoka State Xəstəxanasında unikal bir şənlik atəşi yandırılıb. Dövrün meri Luther Youngdahlın əmri ilə xəstəxanada istifadə edilən 359 məhdudlaşdırıcı pencək, 196 manşet, 91 qayış və xəstələr üçün istifadə edilən digər bütün materiallar bu böyük atəşdə yandırılaraq məhv edilib. Bu tarixdən etibarən xəstələr üçün daha humanist üsulların istifadə edilməsi qərara alınıb.

Bu qərar, yüzlərlə insanın pis şəraitdə saxlanıldığına dair dərc olunan məqalələrdən sonra alınıb. O dövrlərdə bir çox ağıl xəstəxanasında olduğu kimi, burada da elektroşok müalicəsinin tez-tez seçim edildiyi bilinir. Xəstəxanadakı dərman istifadəsi və digər üsulların yaxşılaşdırılmasından sonra başlayan islahat dövrü yaxşı nəticələr verməyə başlasa da, xəstəxananın ətrafındakı yaşayış sahələrini təhdid edən bəzi hadisələr kompleksin 1999-ci ildə bağlanılmasına səbəb olub.

Sərdar Məmmdəov / Metbuat.az

Ərdoğan şəhid ailəsini ziyarət etdi - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR