"Sevgililər Günü" tortu - RESEPT

14 fevral Sevgililər Gününə özəl olaraq dadlı tort bişirmək istəyirsiniz?

Metbuat.az asan hazırlanan, ləzzətli "Sevgililər Günü" tortunun hazırlanma qaydasını təqdim edir:

Lazım olan ərzaqlar:

4 ədəd yumurta

0.5 stəkan şəkər tozu

1 stəkan süd

1 stəkan duru yağ

Quru meyvə

1 paket vanil

1 ç/q qabartma tozu

2.5 stəkan un

Üzəri Üçün:

2 paket qara şokolad sobanın üzərində isidilir.

Hazırlanmasına gəldikdə geniş qabın içərisində yumurta ilə şəkər tozunu çırpın. Daha sonra süd və duru yağ əlavə edib təkrar çırpmağa davam edin. İçərisinə qurudulmuş meyvə, vanil, qabartma tozu, un əlavə edərək qarışdırın.

Qarışığı yağlanmış keks qəlibinə boşaldın. Əvvəlcədən 170 dərəcə isidilmiş sobada bişirib üzərinə şokolad sousunu gəzdirin. Üzərini istədiyiniz formada dizayn edə bilərsiniz.

Nuş olsun!

Saxsı qabda buğlamanın hazırlanması - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR