Play Store

Türkiyə İraqın bərpasına 5 milyard dollar vəsait ayıracaq

Türkiyə İraqın müharibə sonrası bərpasına 5 milyard dollar kredit ayırmağa hazırdır.

Metbuat.az xəbər verir ki, bunu İraqın bərpası üzrə Əl-Küveytdə keçirilən beynəlxalq konfransda çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz İraqı yenidən bərpa etməliyik. 2004-cü ildən İraq üçün humanitar yardımlara 500 milyon dollar pul xərcləmişik. Həmçinin bu illər ərzində Türkiyə şirkətləri İraqda dəyəri 25 milyard dollara yaxın olan layihələr reallaşdırıb. Bundan sonra kredit qismində 5 milyard dollar və humanitar yardımlara daha 5 milyard dollar ayırmağa hazırıq”, - Çavuşoğlu belə deyib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr də öz növbəsində, Krallığın İraqın bərpasına 1,5 milyard dollar vəsait ayıracağı barədə məlumat verib.

İŞİD-lə müharibənin İraqa vurduğu zərər 100 milyard dollar həcmində qiymətləndirilir və ölkənin hakimiyyət orqanları zərər çəkmiş rayonların 10 il müddətində tədricən bərpasına ümid bəsləyir.

Qeyd edək ki, bazar ertəsi günü Küveytin paytaxtında İŞİD qruplaşmasının məğlubiyyətindən sonra İraqın bərpası üzrə beynəlxalq konfrans işə başlayıb. Üç gün davam edəcək forumda 70 ölkənin, Dünya Bankının, Avropa İttifaqının, BMT-nin, humanitar və hüquq müdafiəsi təşkilatlarının, həmçinin bu ərəb ölkəsinin investisiya potensialında maraqlı olan yüzlərlə kompaniyanın nümayəndə heyətləri iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR