Afrindəki vəziyyətə görə ABŞ məsuliyyət daşıyır - Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyanın Afrin bölgəsindəki vəziyyətə görə məsuliyyəti ABŞ-ın üzərinə qoyub.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, bölgədə vəziyyət Vaşinqtonun Ankaranın narahatlığını heçə sayması üzündən gərginləşib.

Lavrovun sözlərinə görə, ABŞ Suriyada “sərhədlərin təhlükəsizliyi üzrə qüvvələr yaratmaqla və Suriya Demokratik Qüvvələrin hazırlığına böyük vəsaitlər ayırmaqla, bir çoxlarında, xüsusən də Türkiyədə bir sıra suallar yaradıb:

“Biz hamımız Türkiyənin kürd birləşmələrinənecə yanaşdığını bilirik. Bu mövqeni görməzdən gələrək hərəkət etmək, uzaqgörənlik deyil. İndi biz bunun nəticələrini Afrində görürük”.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR