Putinlə Poroşenko arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın dövlət başçısı Petro Poroşenko arasında telefon danışığı baş tutub.

Metbuat.az-ın məlumatına görə, telefon söhbəti fevralın 12-də baş tutub. Lakin mətbuta indi açıqlanıb. Bildirilir ki, tərəflər ukraynalı girovların azad edilməsi prosesinin sürətləndirilməsi, xüsusən də, əsir düşmüş sərhədçilərin dəyişdirilməsi məsələləsinə toxunub.

Liderlər həmçinin, “normand dördlüyü” ölkələrinin Xarici İşlər nazirlərinin fevralın 16-da Münhendə baş tutacaq görüşün detallarını müzakirə edib.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR