Vaşinqtonun yeganə vasitəçi olmasını istəmirik - Mahmud Abbas

Fələstin prezidenti Mahmud Abbas Qüdsün statusuyla bağlı beynəlxalq konfransın keçirilməsini təklif edib.

Metbuat.az-ın məlumatına görə, o, Rusiyanın Ali müftisi Ravil Qaynutdinlə görüşdə bildirib ki, konfrans Moskva və ya Parisdə keçirilçəlidir. Tədbirin sonunda isə beynəlxalq kvartetitin vasitəçiliyi ilə mexanizm yaradılmalıdır.

“Biz ABŞ-dan imtina etmirik, Amma Vaşinqtonun yeganə vasitəçi olmasını da istəmirik” - deyən Abbas sözlərinə belə əlavə edib:

“Biz istəyirik ki, vasitəçilik çoxtərəfli olsun. Qüdsün rəsmi statusu saxlanılmalıdır. Bu status ona BMT qətnaməsi ilə verilib”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR