​Suriyadakı əməliyyatlara Fransa da qoşula bilər

Suriyadakı əməliyyatlara Fransa da qoşula bilər.

Metbuat.az-ın məlumatına görə, bu ölkənin prezidenti Emmanuel Makron bəyan edib ki, Suriya ordusunun dinc insanlara qarşı kimyəvi silahdan istifadə etdiyi dəqiqləşərsə, Fransa dərhal kimyəvi silah anbarlarına hava zərbələri endirəcək.

Hətta fransalı prezident bu barədə Rusiyanın dövlət başçısı Vladimir Putini qabaqcadan məlumatlandırdığını da dilə gətirib.

Lakin Makron eyni zamanda etiraf edib ki, Paris Suriyada qadağan olunmuş silahdan istifadəylə bağlı dəqiq sübutlara malik deyil. Hələlik Paris sözgedən məsələ ilə bağlı prosesləri diqqətlə izləyir.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR