Barak Obamaya içində maddə olan məktub göndərildi

ABŞ-ın keçmiş prezidenti Barak Obamaya göndərilən zərfin içindəki tozun mənşəyi məlum olub.

Metbuat.az-ın məlumatına görə, sabiq dövlət başçısına göndərilən toz qaşınmaya qarşı maddədir. Bu tozdan daha çox uşaqlarda yaranan səpgiləri aradan qaldırmaq üçün istifadə olunur.

Yerli mənbələrin məlumatına görə, məktub Obamanın ofisinə Honkonqdan göndərilib və üzərində dəqiq ünvan göstərilməyib.

Bununla belə, istintaq “Ağ ev”in keçmiş rəhbəriylə xoşagəlməz zarafat edən şəxsi müəyyən etməyə çalışır.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR