Play Store

Naxçıvanda Avtomobil Yolları Dövlət Agentliyi yaradıldı

Naxçıvanda Avtomobil Yolları Dövlət Agentliyi yaradıldı
00:38 15 Fevral 2018
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikasında Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

“Report” xəbər verir ki, bu barədə NMR Ali Məclisinin sədri Vasif Talıbovfərman imzalayıb.

Qərar muxtar respublikanın avtomobil yolları sahəsində idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə qəbul olunub.

Sənəddə bildirilir ki, “Naxavtoyol” Dövlət Şirkətinin əsasında NMR Avtomobil Yolları Dövlət Agentliyi yaradılsın, həmçinin “Naxçıvan MuxtarRespublikasıAvtomobilYolları Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin və Naxçıvanın Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/231256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR